Məşhur ulduzun nişanlısı toy günü dünyasını dəyişdi

   Məşhur ulduzun nişanlısı toy günü dünyasını dəyişdi
  21 İyun 2022    Oxunub:1314
X-Factor oyun şousu ilə məşhurlaşan müğənni Tom Mannın nişanlısı Danielle Hampson toy günü gözlənilmədən dünyasını dəyişib.
Cütlüyün 8 aylıq bir oğlu var. Hempsonun ölüm səbəbi açıqlanmayıb.Əvvəllər onun səhhətində müəyyən problemlər olduğu məlum olub.

Cütlük 2019-cu ilin dekabrında Londonda nişanlanıb.

Stereo Kicks qrupunun üzvü Tom Mann nişanlısını itirdikdən sonra sosial şəbəkədə emosional mesaj paylaşıb.

"Bu sözləri yazdığıma inana bilmirəm, amma həyatımın sevgisini, hər şeyimi, dostum Danieli həyatımızın ən xoşbəxt günündə itirdim. İlk rəqsimizi etməli idik. Sən mənim dünyam idin, mənim başıma gələn ən yaxşı şey idin, Danielle. Bu üzüyü həmişə sənə olan sevgimin əlaməti olaraq taxmağa davam edəcəyəm.

Nə edəcəyimi bilmirəm, amma bilirəm ki, balaca oğlumuz üçün gücümü toplamalıyam.

Oğlumuz Bovieni istədiyimiz kimi böyütmək üçün hər şeyi edəcəyəm. Sənə söz verirəm, o, anasının nə qədər möhtəşəm olduğunu biləcək. Söz verirəm ki, bu, səni çox qürurlandıracaq. Sənin üçün sonsuza qədər darıxacağam”, - o yazıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti