ABŞ Polşa və Baltikyanı ölkələrə ordu göndərir

ABŞ Polşa və Baltikyanı ölkələrə ordu göndərir
  23 Aprel 2014    Oxunub:1054
Hərbçilərin bir hissəsi bu gün Polşada olacaq.
ABŞ Polşa və üç Baltikyanı ölkəyə təxminən 600 hərbçi göndərəcək. AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Pentaqon bununla da Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra təşvişə düşən tərəfdaşlarını sakitləşdirməyi planlaşdırır. Pentaqonun rəsmisi, kontr-admiral Con Kirbi bildirib ki, 150 hərbçidən ibarət qrup bir ay ərzində Polşa, Estoniya, Litva və Latviyada keçiriləcək təlimlərdə iştirak edəcək.

Kirbinin sözlərinə görə, hazırda İtaliyada yerləşən 173-cü piyada bölüyünün təxminən 150 əsgəri aprelin 23-də Polşaya göndəriləcək. Aprelin 28-də isə digər əsgərlər Litva, Latviya və Estoniyada olacaqlar.

“Donald Kuk” gəmisi Qara dəniz akvatoriyasını tərk etməyə hazırlaşdığından Pentaqon “Teylor” freqatının yenidən bu dənizə qayıdacağını elan edib.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti