Bu gün "Qarabağ"ın rəqibi bəlli olacaq

   Bu gün "Qarabağ"ın rəqibi bəlli olacaq
  14 İyun 2022    Oxunub:1836
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq. AzVision.az -ın məlumatına görə, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bəlli olacaq.
Komandalar püşkdən əvvəl qruplara bölünüb.

Səpələnmişlər səbətində yer alan "Qarabağ" Bosniya və Herseqovinanın "Zrinski", Polşanın "Lex", Maltanın "Hibernians", Şimali Makedoniyanın "Şkupi" və Gürcüstanın "Dinamo" (Batumi) komandalarından birinə rəqib olacaq.

1-ci qrup
Səpələnmişlər

"Lüdoqorets" (Bolqarıstan)
ÇFR (Rumıniya)
"Ferentsvaroş" (Macarıstan)
"Maribor" (Sloveniya)
"Düdelanj" (Lüksemburq)

Səpələnməmişlər
"Sutyeska" (Monteneqro)
"Şaxtyor" (Soliqorsk, Belarus)
"Tobol" (Qazaxıstan)
"Pünik" (Ermənistan)
"Tirana" (Albaniya)

2-ci qrup
Səpələnmişlər

"Malmö” (İsveç)
"Budye Qlimt" (Norveç)
HIK (Finlandiya
TNS (Uels)
"Jalgiris" (Litva)

Səpələnməmişlər.
“Linfild” (Şimali İrlandiya)
"Klasksvik" (Farer adaları)
İlkin mərhələnin qalibi
RFŞ (Latviya)
"Balikani" (Kosovo)

3-cü qrup
Səpələnmişlər

"Qarabağ" (Azərbaycan)
"Şerif" (Moldova)
"Slovan" (Bratislava, Slovakiya)
“Linkoln” (Cəbəllütariq)
"Şemrok Rovers" (İrlandiya)

Səpələnməmişlər-
"Zrinski" (Bosniya və Herseqovina)
"Lex" (Polşa)
"Hibernians" (Malta)
"Şkupi" (Şimali Makedoniya)
"Dinamo" (Batumi, Gürcüstan)

AzVision.az



Teqlər: Futbol   Qarabağ  





Xəbər lenti