Ermənistan millisinin baş məşqçisi ukraynalı jurnalistə cavab verə bilmədi

   Ermənistan millisinin baş məşqçisi ukraynalı jurnalistə cavab verə bilmədi
  12 İyun 2022    Oxunub:2419
Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparros mətbuat konfransını yarımçıq tərk edib.
AzVision.az Polşa mətbuatına istinadən xəbər verir ki, buna ukraynalı qadın jurnalistin verdiyi sual səbəb olub. Hadisə Millətlət Liqasının dünən keçirilən Ukrayna - Ermənistan oyunundan (3:0) sonra baş verib.

Jurnalist sual verib ki, nəyə görə erməni futbolçular matçdan öncə Ukrayna ilə həmrəylik nümayiş etdirməyiblər? Əvvəlcə Ermənistan Futbol Federasiyasının mətbuat katibi bildirib ki, məşqçi siyasi suallara cavab verməyəcək.

Kaparros özü də bir neçə dildə izah etməyə çalışıb ki, bu haqda danışmaq niyyətində deyil. Daha sonra isə ispaniyalı mütəxəssis mətbuat konfransının keçirildiyi zalı tərk edib.

AzVision.az


Teqlər:





Xəbər lenti