Kılıçdaroğlu Rza Zərrabı ələ saldı

Kılıçdaroğlu Rza Zərrabı ələ saldı
  22 Aprel 2014    Oxunub:1113
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Azərbaycan əsilli iş adamı Rza Zərrabın büdcə kəsiri ilə bağlı açıqlamalarına münasibət bildirib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın iclasında bu barədə danışan Kılıçdaroğlu kinayə ilə onun heykəlinin qoyulmasını tələb edib: “Rza Zərrab Türkiyənin büdcə kəsirinin 15%-ni ödəyən adam imiş. Ona heykəl ucaltmaq lazımdır”.

Qeyd edək ki, iran əsilli iş adamı Rza Zərrab 2013-cü il dekabrın 17-də İstanbul Baş prokurorluğunun keçirdiyi rüşvət və korrupsiya əməliyyatında saxlanılıb və bir neçə ay sonra azad edilib. İş adamı bir neçə gün əvvəl “Sabah” qəzetinə verdiyi müsahibəsində qeyd edibi ki, onun sahibkarlıq fəaliyyəti Türkiyəyə xeyir verib və ölkə büdcəsindəki kəsirin 15%-ni o, təkbaşına ödəyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti