Türk hakim yarımfinal oyununda

Türk hakim yarımfinal oyununda
  22 Aprel 2014    Oxunub:1229
Önəmli oyunlara təyinat alan türk hakim Cüneyt Çakır bu dəfə də UEFA-nın gözündən kənar qalmayıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, Avroliqa çərçivəsində Portuqaliyanın paytaxtı Lissabonda yerli “Benfika“ və İtaliyanın “Yuventus” klubu arasında keçirilən yarımfinal görüşündə fit çalacaq.

Onun köməkçiləri isə Braziliyada keçiriləcək dünya çempionatına təyinat alan Bahattin DuranlaTarık Ongun olacaq.

Emin



Teqlər:





Xəbər lenti