Nazirlikdə qazini qucaqlayan polisin kimliyi məlum oldu

   Nazirlikdə  qazini qucaqlayan polisin kimliyi məlum oldu
  02 İyun 2022    Oxunub:2352
Xəbər verdiymiz kimi bu gün bir qrup müharibə iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz edib. Müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb.
Qərbi Azərbaycan İcması İrəvan Qazılığının fəaliyyətinin bərpasını alqışlayır
Buna baxmayaraq nazirlikdə olan polislərdən biri müharibə iştirakçısını qucaqlayaraq sakitləşdirməyə çalışıb AzVision.az xəbər verir ki, həmin polis əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu PPX bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.

Qeyd edək ki, nazirlikdə olan polis əməkdaşları eyni zamanda halı pisləşən qazilərə də ilkin tibbi yardım göstəriblər.


AzVision.az


Teqlər: Qazi  



Xəbər lenti