ABŞ Rusiya ilə sərhədə qoşun toplayır

ABŞ Rusiya ilə sərhədə qoşun toplayır
  21 Aprel 2014    Oxunub:1437
ABŞ Moskva rəhbərliyinin Krımı rus torpağı elan etməsindən sonra bölgədəki hərbi fəaliyyətini artırmağa davam edir.
ABŞ Moskva rəhbərliyinin Krımı rus torpağı elan etməsindən sonra bölgədəki hərbi fəaliyyətini artırmağa davam edir.

Əvvəlcə Qara dənizə “USS Donald Cook”adlı hərbi gəmisini göndərən ABŞ Rusiyaya sərhəd olan Polşa və Estoniyada da hərbi təlimlərə başlayır. Təxminən 150 ABŞ əsgərinin iştirakı gözlənilən hərbi təlimlərin gələn həftə başlanması gözlənilir. Amerikalı səlahiyyətli nümayəndələr hərbi təlimlərin təkcə iki ölkə ilə məhdudlaşmayacağını, Şərqi Avropanın digər ölkələrinin də iştirak edəcəyini bildirib. ABŞ bölgədəki hərbi varlığını yalnız dəniz və qurudan deyil, havadan da artırır. Amerikan ordusu bu həftə sonu bölgəyə çatması gözlənilən 12 ədəd F-16 döyüş təyyarəsi və 200-dən çox nümayəndəsini göndərib. Hərbi təyyarələr 31 dekabr tarixinə qədər bölgədə qalacaq. Vaşinqton rəhbərliyi Baltik ölkələrinə isə 10 ədəd F-15 göndərib.

AzVision.az


Teqlər:





Xəbər lenti