Azərbaycanın hazırkı çempionu Marina Durunda öz titulunu qoruyub saxlamaq və ikinci dəfə qızıl medal qazanmaq niyyətindədir. Birinci yer uğrunda mübarizədə onun əsas rəqibləri Lalə Yusifova, Gülsüm Şəfizadə və Nilufər Niftalıyeva hesab olunurlar.
Yarış iyunun 13-dən 15-dək keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test turniri xarakteri daşıyır.