NATO-ya üzvlük necə baş verir: Prosedur qaydaları

// Türkiyə prosesi hansı mərhələdə əngəlləyə bilər

         NATO-ya üzvlük necə baş verir:    Prosedur qaydaları
  18 May 2022    Oxunub:5080
İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün keçməli olduğu bəzi prosedurlar var. Əvvəlcə NATO ekspertləri və dəvət olunmuş ölkənin nümayəndələri Brüsseldə namizədin NATO-nun siyasi, hüquqi və hərbi tələblərinə cavab verib-verməməsi ilə bağlı danışıqlar aparırlar.
Həmin müzakirələrdə üzvlüklə bağlı iqtisadi, hərbi, hüquqi, siyasi və kəşfiyyat öhdəliklərini yerinə yetirib-yetirməməsi və ya islahatların aparılıb-aparılmaması müəyyən olunur.
"Rusiya silahları NATO-dakı bənzərlərindən geri qalmır" - VİDEO

Bundan sonra dəvət olunan ölkə NATO-nun baş katibinə rəsmi niyyət məktubu göndərir və üzvlüklə bağlı öhdəlikləri öz üzərinə götürdüyünü bəyan edir, islahatlar olacaqsa, məktubda onların təqvimi göstərilir.

Ardınca NATO Şimali Atlantika Müqaviləsinə yeni üzvün qoşulması ilə bağlı protokollar hazırlayır, onları alyansın hazırkı üzvü olan ölkələr imzalayırlar. Daha sonra NATO ölkələri öz daxili prosedurlarına uyğun olaraq protokolları ratifikasiya etməlidirlər. Türkiyə Finlandiya və İsveçin üzvlüyünü məhz bu mərhələdə əngəlləyə bilər.

Ratifikasiya başa çatdıqdan sonra NATO-nun bütün ölkələri protokolları təsdiq etdikləri barədə Şimali Atlantika Müqaviləsinin depozitarisi olan ABŞ-a məlumat verirlər.

Bundan sonra NATO-nun Baş Katibi yeni üzvü alyansa qoşulmağa dəvət edir. Namizəd öz prosedurlarını tamamlayır və NATO-ya üzv olmaq üçün üzvlük sənədini ABŞ-a təqdim edir.

N.Quliyev
AzVision.az




Teqlər: NATO  





Xəbər lenti