Niyə Rusiyanın “qanadları qırılıb”? – Ekspert rəyi

// Rus təyyarələri Ukrayna səmasında uçuşları minimuma endirblər

   Niyə Rusiyanın “qanadları qırılıb”? –    Ekspert rəyi
  13 May 2022    Oxunub:4779
Təxminən 10 günə yaxındır ki, Rusiya hərbi aviasiyası Ukrayna səmasında uçuşları ciddi şəkildə azaldıb. Uçuşlar məhdudlaşdırıldığından, dolayısı ilə itkilər də azalıb: Ukrayna rəsmi mənbələrinin verdiyi məlumatda vurulmuş rus təyyarələrinin sayı 200 olaraq qalmaqdadır. Bunun səbəbi nədir? Niyə son günlər rus qırıcıları Ukrayna səmasındakı hegemonluqlarına pauza veriblər?
Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı AzVision.az -a bildirib ki, Rusiya Ukraynaya verilən hava hücumundan müdafiə sistemlərindən bir qədər ehtiyatlanır: "Bunu Rusiya tərəfdən ehtiyat tədbiri kimi düşünək. Bunu təkcə ingilislərin ötürdüyü "StarStreak" sistemlərilə əlaqələndirmək düzgün olmsa da, fakt budur ki, sıradan çıxarılan rus təyyarələrinin sayı çoxdur. Söhbət təkcə vurulan təyyarələrdən də getmir, zədələnən və aktivliyini itirənlər də nəzərə alınmalıdır".

Ekspertin fikrincə, bununla yanaşı, Rusiyanın qanadlı və ballistik raket ehtiyatları da azalıb, buna görə, itkilərini məhdudlaşdırmağa məcburdur.

Ədalət Vəliyev eyni zamanda rus təyyarələrini Azərbaycanın inventarında olan anoloji maşınlarla müqayisə edərək bildirib ki, Azərbaycanın sərəncamında olan təyyarələr, xüsusilə “Su-25”lər İsrail tərəfindən modernizə edilib və hədəfi 10-15 km. məsafədən məhv etmək qabiliyyətinə malikdir: “Rus təyyarələrində isə bu xüsusiyyət yoxdur və onlar məcburdurlar ki, ya rəqibin havadan müdafiə sistemlərinə tuş gəlmədən işlərini görsünlər, ya da havaya qalxmasınlar. İkincisi daha asandır”.

Banu Məmmədzadə
AzVision.az



Teqlər:





Xəbər lenti