Akif Əlizadə Təhsil Nazirliyindən kömək istədi

Akif Əlizadə Təhsil Nazirliyindən kömək istədi
  18 Aprel 2014    Oxunub:1322
Bu gün Azərbaycan Milli Elmlər akademiyasının (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilb.
AzVision.az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin də iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA prezidenti Akif Əlizadə açıb. O vurğulayıb ki, Rəyasət Heyətinin sonuncu iclasından sonra akademiyanın 7 alimi dünyasını dəyişib.

Onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Yığıncağın gündəliyində iki məsələ daxil edilib. Bunlar akademiyanın 2013-cü ildəki elmi fəaliyyətinə həsr olunmuş hesabatın dinlənilməsi və alimlərin mükafatlandırılması olub.

Akif Əlizadə onu da bildirib ki, AMEA elmi kitabxanası da yaxın zamanda akademiyanın sturukturuna daxil olacaq. Milli Ensiklopediyanın binası da yaxın zamanda alimlərin istifadəsinə veriləcək.

A.Əlizadə çıxışında alimlərin fəaliyyətindən də danışıb: “40-dan çox alim müxtəlif ölkələrdə təcrübə keçiblər. Bundan başqa, institutuların elmi planlarında yenilik var. Araşdırmalarımız göstərdi ki, bəzi institutların elmi planları çox geridə qalıb. Bundan sonra isə bu proqramlar müsabiqədən keçəcək”.

Akademik vurğulayıb ki, alimlərin stimullaşdırılması məqsədilə onlar medallarla təltif olunublar: “Nizami adına qızıl Medalı veriləcək. Bu medalın bir azərbaycanlı, bir xarici alimə verilməsini planlaşdırmışıq. Bu il sentyabrda Birinci Bakı Elm Festivalı keçirəcəyik. Düşünürəm ki, Təhsil Nazirliyi də bu işdə bizə dəstək olacaq. Dekabr ayında isə Azərbaycan alimlərin birinci qurultayı keçiriləcək”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti