“Lukaşenko hiyləgərlik edir” – Rusiyalı ekspert |
Ermənistan xarici işlər nazirinin ABŞ-a səfərini şərh edən rusiyalı politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti filialının direktoru Pavel Klaçkov AzVision.az -a deyib ki, bu səfər Amerikanın Ermənistanı Rusiyadan qoparmaq istəkləri və səyləri fonunda nəzərdən keçirilməlidir:
- ABŞ-ın əsas məqsədi Rusiyaya hərtərəfli zərbə vurmaqdır. Bu böyük oyunda siyasi, enerji və digər vasitələrdən istifadə edir. Görünür, ABŞ situasiyanı bir növ yenidən dəyərləndirir. İkinci Qarabağ Müharibəsi zamanı ABŞ-ın rolunun əhəmiyyətsiz olduğunu nəzərə alsaq, bəlkə də regionda daha çox nüfuz qazanmağa çalışır.
Rusiyalı politoloq istisna etmir ki, ABŞ Türkiyə və Azərbaycana hansı yollasa təsir etmək üçün Ermənistandan rıçaq kimi faydalanmaq qərarına gəlib. “Belə çıxır ki, Ermənistan Cənubi Qafqaz regionunda problem yaratmağa hazırlaşan ABŞ-ın oyununda karta çevrilir. Onlar Azərbaycana daha çox təzyiq etmək üçün İrəvanı Tiflislə münasibətləri möhkəmləndirməyə sövq edə bilərlər”,- rusiyalı politoloq deyib.
Cavad Muradov
Nadir Quliyev
AzVision.az