Nazir müavini Xalq artisti ilə görüşdü

Nazir müavini Xalq artisti ilə görüşdü
  04 May 2022    Oxunub:1501
Mədəniyyət nazirinin müavini Elnur Əliyev Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli professor, tarzən Ramiz Quliyevə baş çəkib.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazir müavini Xalq artistini 75 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.

R.Quliyev də öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

AzVision.az



Teqlər: Mədəniyyət  





Xəbər lenti