Prezidentin beynəlxalq konfransdakı çıxışının TAM MƏTNİ |
Avrasiya Araşdırmaları Mərkəzinin fransalı tədqiqatçısı Maksim Qoənin sualını cavablandırarkən dövlət başçısı daha sonra əlavə edib ki, Qarabağda yaşayan erməni əhali sürətli iqtisadi inkişafın bir hissəsi ola bilərlər: “Onlar vahid Azərbaycan dövlətində özlərini daha çox təhlükəsiz, rahat hiss edə bilərlər, lakin onlar separatçı tendensiyalardan və separatçı istəklərindən vaz keçməlidirlər. Onlar həm də reallığı başa düşməlidirlər. Onlar xəritəyə baxmalı, coğrafiyaya nəzər salmalı və anlamalıdırlar ki, yüz minlərlə azərbaycanlı yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaqdır. Onlar bu mühitdə yaşamalı olacaqlar. Qonşu kimi yaşamalı, düşmənçiliyi bir kənara qoymalı, separatçıları təcrid etməli, separatçıları məsuliyyətə cəlb etməlidirlər. Bundan sonra onlar da faydaları görəcəklər”.