“Sülh müqaviləsindən Ermənistan da fayda görəcək” - Taras Kuzyo

   “Sülh müqaviləsindən Ermənistan da fayda görəcək” -    Taras Kuzyo
  29 Aprel 2022    Oxunub:2665
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması ehtimalı yüksəkdir”. Bu sözləri Azərbaycanda səfərdə olan Ukrayna əslli Britaniya politoloqu, “Kiyev-Mogilyan Akademiyası” Milli Universitetinin politologiya üzrə professoru Taras Kuzyo AzVision.az-a açıqlamasında söyləyib.
"Şuşa mənə Ukraynanın gələcəyinə baxmağa kömək etdi" - Alyona Qlivko
Onun sözlərinə görə, sənəd Avropa İttifaqının vasitəçiliyi ilə imzalana bilər: “Son zamanlar Brüssel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında fəallıq nümayiş etdirir və mənə elə gəlir ki, Avropanın vasitəçilik səyləri ilə münaqişə tərəflərinin barışması mümkündür”.

Politoloq Azərbaycanla sülh müqaviləsinin bağlanmasından Ermənistanın da faydalanacağına əminliyini ifadə edib. “Söhbət regionda kommunikasiyaların açılmasından gedir və bu öz növbəsində Ermənistana təkcə Azərbaycanla deyil, həm də Türkiyə ilə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”, - T.Kuzyo bildirib.

S.Məmmədov
N.Quliyev

AzVision.az


Teqlər:   Sülh-Müqaviləsi  





Xəbər lenti