Anar Kərimov ABŞ-a səfər edəcək
Nazir və incəsənət xadimləri Vaşinqtonda keçiriləcək xeyriyyə konsertinə qatılacaq.
Qeyd edək ki, xeyriyyə konserti ABŞ-nin Marşal İrsi İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil ediləcək. “Orxideyanın səsi” adı altında keçiriləcək xeyriyyə konsertindən əldə ediləcək gəlirlə Qarabağda ərazilərin minalardan təmizlənməsi məqsədilə xüsusi itlər alınacaq.
Qeyd edək ki, xeyriyyə konserti may ayının 3-də keçiriləcək.
AzVision.az
Teqlər: