Gəncədə avtoxuliqan saxlanılıb

Gəncədə avtoxuliqan saxlanılıb
  25 Aprel 2022    Oxunub:1109
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində 20-DD-212 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, avtomobilə baxış zamanı qanunla istifadəsi qadağan olan çoxavazlı səs siqnalı və yan şüşələrin qanuna zidd olaraq xüsusi vasitələrlə tündləşdirilməsi də aşkar edilib.

Sürücü Şəmil Kəsəmənli barəsində tərtib edilən protokollar baxılması üçün məhkəməyə göndərilib.

AzVision.az



Teqlər: Gəncə  





Xəbər lenti