“Avroviziya"da səhnə tərtibatımızı bu rejissor hazırlayacaq
Mads Enqqaard “Avroviziya" aləmində istedadlı, kreativ və hər zaman yeni ideyaları ilə seçilən səhnə mütəxəssisi kimi tanınır. O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir. Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.
Azərbaycan təmsilçilsi ilə Mads artıq 3-cü dəfədir əməkdaşlıq edəcək: Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari” mahnılarının izləyicilər tərəfindən böyük maraq və sevgilə qarşılanmış səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib.
Avroviziyadan əlavə o, X-Factor və Danish Melody Grand Prix kimi möhtəşəm şoularda da quruluşçu rejissor kimi çalışır.
Azərbaycanı təmsil edəcək Nadir Rüstəmli Madriddə keçirilən Pre-Party-dən dərhal sonra qurluşçu rejissor ilə səhnə hazırlıqlarına başlayıb.
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.
Azərbaycanı bu müsabiqədə təmsil edəcək Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə çıxış edəcək.
AzVision.az
Teqlər: