İdmançılarımız 7 medalla qayıdır

İdmançılarımız 7 medalla qayıdır
  16 Aprel 2014    Oxunub:1022
İspaniyanın Kaseres şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə Avropa birinciliyinə yekun vurulub.
Samboçularımız yarışda 7 medal qazanıb.

Yeniyetmələrin mübarizəsində Fərid Qardaşxanov (56 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natiq Sarıyev (65 kq) gümüş, Elton Quliyev (60 kq) və Etibar Zeynalov (87 kq-dan yuxarı) bürünc medala layiq görülüb. Gənclərin yarışında isə Fuad Məmmədov (57 kq), Elvin Ağayev (62 kq) ikinci, Ülvi Xankişiyev (48 kq) üçüncü olub.


Teqlər:  





Xəbər lenti