AFFA klubları yenə cərimələdi

AFFA klubları yenə cərimələdi
  15 Aprel 2014    Oxunub:1112
AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan Premyer Liqasının 30-cu turunun oyunlarında yol verilmiş qayda pozuntuları ilə bağlı qərarlar verib.
AFFA-nın saytına istinadən AzVision.az xəbər verir ki, "İnter" - "Neftçi" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Bakı" - "Xəzər Lənkəran" matçının 62-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 27 №-li futbolçusu Adrian Skarlataçe idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində "Bakı" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə edilib.
Oyun başa çatdıqdan sonra "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimələnib.

"Qarabağ" - "Rəvan" matçının 89-cu dəqiqəsində "Rəvan" klubunun 16 №-li futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.

"Qəbələ" - AZAL matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


Teqlər:





Xəbər lenti