"Dünyanın Ən Pis Adamı" - Park Cinema-da
Rejissor Yoahim Trier azad edilmiş və axtarışda olan qadın portretində avropalı insanın öz müqəddəratını təyinetmə və münasibətlərindəki aktual məsələləri araşdırır: azadlığımızın sərhədi hardadır, narazılığımızın səbəbi nədir…
Rejissor Yoakim Trier Danimarkada anadan olub və Norveçdə kino sülaləsində böyüyüb: atası səs mühəndisi, babası isə Avropanın nüfuzlu Norsk Film studiyasının bədii rəhbəri olub.
Culia rolu xüsusi olaraq norveçli aktrisa Renate Reinsve üçün yazılmışdır. İllərdir teatrda çalışan Renate “Dünyanın ən pis adamı” filmi üçün təklif almazdan əvvəl aktyorluq karyerasını tərk etmək üzrə idi. Trier artıq “Oslo, 31 avqust” epizodunda Renateni lentə alıb. Reinsvenin oyunu dünyanın aparıcı nəşrlərindən yüksək rəylər topladı və Kannda ən yaxşı aktrisa üçün bir mükafat aldı. The New Yorker yazır: “Kadrda Reynsvenin olması filmi özündən daha böyük edir”, “The Guardian” isə birmənalı olaraq gözümüzün qabağında “bir ulduz doğulduğunu” iddia edir.
AzVision.az
Teqlər: