"Xəzər Lənkəran"dan hakimə etiraz
"Xəzər Lənkəran" futbol klubu Topaz Premyer Liqasının XXX turu çərçivəsində “Bakı”ya qarşı keçirilmiş oyunda baş vermiş bir məqamla bağlı etirazını bildirib.
Oyunun fasiləsi zamanı hakimlər otağına sabiq hakim İlham Əliyev daxil olub ki, bu da, qayda pozuntusu hesab edilir. Çünki sabiq hakim hazırda "Bakı" klubunda çalışır.
Qeyd edək ki, "Xəzər Lənkəran" ilk hissədən sonra 0-2 hesabı ilə irəlidə olsa da "Bakı" ikinci yarıda iki penalti hesabına bərabərliyi təmin edib. Yekunda hesab 2-2 başa çatıb.
Teqlər: