Ədalət Verdiyevin "Müharibənin 12-ci gününün nəticələri" yazısını da oxumağınızı tövsiyə edirik
NATO indiyə qədər “uçuşa qadağan zona” rejimini bir neçə dəfə tətbiq edib. Buna 1990-cı ildə İraq, 1992-ci ilin əvvəlində Liviya, həmin ilin sonunda isə Bosniya və Herseqovina səmasının qapadılmasını misal göstərmək olar. Niyə adı çəkilən ölkələrdə əsasən müsəlman olan mülki əhalini havadan qoruyan NATO bu dəfə ona həm dini, həm siyasi, həm də hərbi aspektdən daha yaxın və birmənalı olaraq müttəfiqi olan Ukraynanı və onun mülki əhalisini Rusiyanın hava hücum vasitələrinin zərbələrindən qorumaq istəmədi?
Sikorski: “Ukrayna döyüşü dayandırsa daha mövcud olmayacaq” |
Səbəb bir dənədir: NATO-nun hansısa bloka üzv olmayan ölkədə “uçuşa qadağan zona” rejimini tətbiq etməsi üçün mütləq BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır. Adətən BMT Təhlükəsizlik Şurası bu qətnaməni işğala məruz qalan şəhərlərin havadan bombalanmasının qarşısını almaq və yerli əhalini ölümdən xilas etmək üçün qəbul edir.
Təhlükəsizlik Şurasının 5 üzvündən biri də Rusiyadır. Bu beş ölkədən biri qətnaməyə veto qoyursa, sənəd qəbul edilmir. İndi sual olunur: bu vəziyyətdə NATO-nun Ukrayna səmasında “uçuşa qadağan zona” rejimini tətbiq edilməsinə Rusiya tərəfindən razılıq veriləcəyinin 1 faiz ehtimalı varmı? Xeyr, yoxdur və Rusiya TŞ-nin üzvü olduqca, bu ehtimalı dilə gətirmək belə yanlışdır.
Buna şübhəsi olanlar BMT TŞ-nin İraqla bağlı 25 sentyabr 1990-cı il tarixli 670 saylı (1990), Liviya ilə bağlı 31 mart 1992-ci il tarixli 748 saylı (1992), Bosniya və Herseqovina ilə bağlı 9 oktyabr 1992-ci il tarixli 781 saylı (1992) qətnamələrilə tanış ola bilərlər.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün