"Tanrı qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun"
Oskar Uayld: Qadınlar sevilmək üçün yaradılıblar, anlamaq üçün deyil.
Onore de Balzak: Tanrı qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun.
Napoleon: Gözəl qadın gözə, yaxşı qadın ürəyə xoş gələr, birincisi brilliant, ikincisi xəzinədir.
Atatürk: Dünyada gördüyümüz hər şey qadının əsəridir.
Corc Bayron: Gecə qadınlarla ulduzları gözəl göstərir.
Dostoyevski: Sevən qadın sevdiyi kişinin bütün qüsurlarını, hətta cinayətlərini belə ilahiləşdirər.
Viktor Hüqo: Qadınları gözəl edən Tanrı, sevimli edən isə şeytandır.
Konfutsi: Qadın hər şeyi bağışlayar, ancaq unutmaz.
Jan de Labryuer: Çirkin qadın yoxdur, gözəl görünməsini bilməyən qadın var.
Ambroz Birs: Bir qadın, əgər bir kişi onun əlinə düşmədən əvvəl qucağına düşə bilsəydi daha cazibəli olardı.
Jules Renard: Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olmadığını söyləyin və görəcəksiniz ki, bütün qapılar sizə açılacaq.
AzVision.az