"Hər şey mənasını itirib, həyat alt-üst olub" - Ukraynalı müğənni

 "Hər şey mənasını itirib, həyat alt-üst olub" -  Ukraynalı müğənni
  28 Fevral 2022    Oxunub:1711
Ukraynanın Əməkdar artisti Svetlana Loboda Rusiya-Ukrayna müharibəsinə görə dörd gündür yuxusuz olduğunu deyib. Bu barədə sənətçi instaqram səhifəsində yazıb:
“Dörd sutkadır yuxusuzam. Mən indi heç vaxt olmadığı kimi qorxuram. Qorxumu sözlə ifadə edə bilmirəm və ürəyimə sığmır. Hər saniyə doğma və yaxınlarımla əlaqədəyəm. Hər şey mənasını itirib. Həyat alt-üst olub. İlahi, biz axı hamımız - kiminsə anası, biz hamımız – kiminsə övladıyıq. Nə qədər göz yaşı axıdılıb və hələ nə qədər axıdılacaq, amma bizim hamımıza yalnız bir şey lazımdır – Yerdə sülh! Qalan hər şey artıq önəmli deyil. Dualarım yalnız bu haqdadır. Və bu, bu gün mənası olan yeganə şeydir”.

Müğənni şərhə mərhum pop-ulduz Maykl Ceksonun“Earth Song” mahnısını əlavə edib.





Teqlər:





Xəbər lenti