Naibə Allahverdiyeva boşandığı əri ilə efirdə barışdı - Video
"Ondan çox xahiş etmişəm, yalvarmışam. Ürəyi yumşaqdır, yəqin bağışlayar məni. Bilir ki, onu çox sevirəm. Bilmirəm niyə, onu çox sevirəm. Bəzi səhvlər etdim. Həyatım bağışla məni, səhv etmişəm. Ona qarşı səhvlər etdim" deyə, Yusif bildirib.
"Onunla ilk görüşəndə onun özünü ağır aparmasını bəyəndim. Restoran işlədirdi, xınayaxdıda tanış olduq. Onun restoranı var idi. Paltar dəyişəndə otaq axtardım, müdirin otağını göstərdilər. Orada tanış olduq, sonra danışdıq. Ona çox bağlandım, dəhşətli dərəcədə sevdim onu. O, məni daha çox sevir. Yusif, mən sənə burada son şansı verirəm" deyə, aktrisa barışdığını söyləyib.
N.Allahverdiyeva onu da vurğulayıb ki, keçmiş həyat yoldaşı onunla tanış olanda 5 il əvvəl ilk xanımından boşanıb.
Qeyd edək ki, N.Allahverdiyeva bir müddət əvvəl açıqlamasında rəsmi boşandıqlarını deyib.(Axşam.az )
AzVision.az
Teqlər: