Türkiyədə nümayiş olunduğu ilk həftə ərzində bu film tamaşaçıların gözləntilərini tam olaraq qarşılayaraq çoxlu müsbət rəylər toplamağı bacardı. Bəzi türk nəşrləri filmi "türk kinosu üçün sıçrayış" adlandırır, halbuki, son illər ərzində türk kinosu bir neçə maraqlı və kassalı filmlərlə yadda qalıb. Süjetinə görə "Forsaj" filmini xatırladan "Anka" çəkiliş qrupundan böyük səbrlə yanaşı, risk də tələb edib. Akbaba filmin Türkiyədə təqdimat mərasimində etiraf edib: "Çəkiliş zamanı çox təhlükəli anlar yaşanıb. Bu, xüsusilə qarda çəkilən səhnələrə aiddir. Amma əminəm ki, hər kəs nəticədən razı qalacaq". Filmdə Akbabadan başqa Uğur Uzunel, Deniz Işın, Atilla Şendil və Engin Hepileri də rol alıb.
Qeyd edək ki, bir müddət əvvəl Akbaba Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etmiş və Cıdır-düzü dağının zirvəsində "Nə olub, Paşinyan?" ifadəsini səsləndirmişdi. Filmin qala-premyerasına biletləri parkcinema.az və iticket.az saytından əldə etmək olar.
AzVision.az