Tarixdə ilk dəfə olaraq Veneradan torpaq gətiriləcək

Tarixdə ilk dəfə olaraq Veneradan torpaq gətiriləcək
  25 Yanvar 2022    Oxunub:906
Rusiyalı alimlər 2029-2034-cü illərdə Venera planetinə üç kosmik missiya göndərmək istəyirlər. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) elmi direktoru Lev Zeleni bildirib ki, planlanan bu missiyalardan birində tarixdə ilk dəfə oradan qrunt nümunələri daşınmağa çalışılacaq.

- Biz artıq bir "Venera-D" missiyası haqqında deyil, bütöv bir proqram barəsində düşünürük. Veneradan torpağın çatdırılmasına dair fantastik sujet son missiya hesab olunur, - Zeleni deyib.

Alim qeyd edib ki, Rusiyanın Veneranın araşdırılması proqramı çərçivəsində 2029, 2031 və 2034-cü illər üçün üç missiyanın həyata keçirilməsi planlaşdırılır.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti