“Fədayə ilə duet oxuduğum üçün xanımım intihara cəhd etdi” - Tacir Şahmalıoğlu
AzVision.az xəbər verir ki, sənətçi həyat yoldaşının onu qısqandığı üçün canına qəsd etmək istədiyini etiraf edib:
“Fədayə Laçınla duet ortaqlığımız yaranmışdı. İlk konsertimiz oldu. Dövlət televiziyasından gəlib duetlərimizi çəkdilər. Mən də efir vaxtını öyrəndim. Qardaşıma zəng edib dedim ki, ayın 10-u bizim evdə yığışaq, çəkilişə baxaq.
Qardaşımın yoldaşı dedi ki, mətbəxdən qaz iyi gəlir. Yoldaşım mətbəxin qapısını içəridən bağlayıb qazı açmışdı, qapını qırdıq. Dəm qazından artıq zəhərlənirdi. Yoldaşımı oradan çıxardıq, tez müdaxilə etdik”.
AzVision.az
Teqlər: