Çin dünyanın ən böyük hərbi robotunu hazırlayıb - VİDEO

   Çin dünyanın ən böyük hərbi robotunu hazırlayıb -    VİDEO
  22 Yanvar 2022    Oxunub:2285
Çin yerli mütəxəssislərin hazırladığı hərbçilərə malların çatdırılmasında və kəşfiyyat missiyalarında kömək edəcək xüsusi robotu təqdim edib. AzVision.az xəbər verir ki, bu, öz sinfində ən böyük dördayaqlı hərbi robot sayılır.
İri və həcmli olmasına baxmayaraq, robot rahat şəkildə irəli və geri hərəkət edə, həmçinin dönərək diaqonal yeriyə bilir. O, hətta 12 dəst artikulyar modul sayəsində müvazinətini itirmədən qaça, tullana və hündür əraziyə sıçrayışlar da edə bilir. Robot ətrafında olanlar əlaqə saxlayan müasir sensorlar və çeviricilərlə təchiz olunub.

Robotlar ilk növbədə kimləri işsiz qoyacaq
O, həmçinin pillələr, xəndəklər və qayalıqlar, hətta palçıqlı yollar, çəmənliklər, səhralar, qarlı tarlalar da daxil olmaqla müxtəlif relyef tiplərinə uyğunlaşır. Adaptiv qabiliyyətlərdən əlavə, robot silahlarla da təchiz oluna bilər.

Çin maşınını 160 kq-a qədər faydalı yük daşıyacağı və 10 km/saat sürətlə hərəkət edəcəyi də gözlənilir.

- O, ucqar sərhəd bölgələri və təhlükəli müharibə zonaları kimi çətin mühitlərdə kəşfiyyat missiyalarının bir hissəsi olacaq. Robot döyüş meydanında taktiki məlumat da toplaya bilir. Dörd ayaqlı bionik robot, həmçinin adi nəqliyyat vasitələrinin çətin keçdiyi dağ, səhra və meşələrə silah, ərzaq kimi ləvazimatları çatdırmaq üçün də istifadə oluna bilər, - "Hi-Tech" nəşri nəhng robot haqqında yazıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Robot   Çin   Hərbi  





Xəbər lenti