Ən böyük aysberq əriyib: 1 trilyon ton buz yoxa çıxıb

   Ən böyük aysberq əriyib:   1 trilyon ton buz yoxa çıxıb
  22 Yanvar 2022    Oxunub:2986
2017-ci ilin iyulunda dünyanın ən böyük aysberqi sayılan "A68a" Antarktika yarımadasından qoparaq şimala doğru üzüb. AzVision.az xəbər verir ki, alimlər bu aysberqin əriməsi nəticəsində dənizə böyük miqdarda su kütləsi verməsindən narahatdırlar.
Yeni araşdırmalar bu "buz dağı"nınn nə qədər su itirməsini dəqiq hesablayıb. Araşdırmalar həmçinin aysberqin əriməsinin gələcək nəsillər üçün, yerli ekosistemə necə təsir edə biləcəyini ortaya qoydu.

Dünyanın ən böyük aysberqi əriyir
Tədqiqat müəllifləri beş peykdən əldə edilən müşahidələrdən istifadə edərək, aysberqin Antarktikanın Ueddel dənizi vasitəsilə şimala və nisbətən isti sulara doğru hərəkət etdiyi zaman sahəsinin və qalınlığının nə qədər dəyişdiyini hesablayıblar. O, təkcə üç ayda 138 milyard tondan çox şirin su itirib. Bu, 60 milyon olimpiya standartlı hovuzu doldurmaq üçün kifayət qədər bəs edən su kütləsi deməkdir. Alimlər əmindirlər ki, bu, Cənubi Corciya adasının ekosisteminə və ətrafdakı dəniz canlılarına böyük təsir göstərəcək.



"A68a" 2017-ci ildə Antarktidanın şimalındakı Larsen-C buz şelfindən qopduğu zaman onun sahəsi təxminən 6000 km² olub. Bu nəhəng "buz dağı" okeanda üzən ən böyük aysberq hesab olunur. "A68a" şimala doğru hərəkət edərkən təxminən iki il soyuq Veddell dənizi ilə mübarizə aparıb. Tədqiqatçıların fikrincə, bu müddət ərzində aysberq demək olar ki, əriməyib və həcmini itirməyib.

Yalnız "A68a" Şotlandiya dənizində üzəndən sonra aktiv şəkildə kütləvi su itkiləri ilə üzləşib. Burada aysberqin ərimə sürəti isti suların təsirindən demək olar ki, səkkiz dəfə artıb. 2020-ci ilin noyabrından 2021-ci ilin yanvarına qədər olan üç ayda aysberq maksimum ərimə sürətinə çatıb. O, bu müddət ərzində 136 milyard tondan çox buz itirib. 2021-ci ilin aprel ayına qədər isə "A68a" aysberqi tamamilə əriyib. Ümumilikdə, sayt cəmi üç il ərzində təxminən 1 trilyon ton buz itirib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Aysberq   Araşdırma   Buz   Dəniz  





Xəbər lenti