İki medal qazandıq- FOTO

İki medal qazandıq- FOTO
  06 Aprel 2014    Oxunub:1094
Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında iki medal qazanıblar.
Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

AzVision.az xəbər verir ki, çempionatın beşinci günündə 59, 66, 98 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparmışlar. Güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar.

Çempionatda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Məmmədov səkkizdəbir finalda Mixail Novakı (Çexiya) üstələyib. Dörddəbir finalda moldovalı Viktor Ciobanu ilə gərgin qarşılaşmada məğlub olan güləşçimiz rəqibin finala çıxması ilə təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanıb. Əvvəlcə Almaniya təmsilçisi Deniz Menekşeni məğlub edən K.Məmmədov bürünc medal uğrunda görüşdə Türkiyə təmsilçisi Rəhman Bilici ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmanı qazanan K.Məmmədov bürünc medala sahib olmuşdur.
Onaltıdabir finaldan mübarizəyə başlayan Həsən Əliyev (66 kq) startda Marius Tommeseni (Norveç) məğlub etmişdir. Növbəti mərhələdə almaniyalı Frank Steablerlə üz-üzə gələn güləşçimiz xalçadan qalib ayrılıb. Dörddəbir finalda Yunanıstan təmsilçisi Vladimiros Matiasa da qalib gələn pəhləvanımız yarımfinalda polşalı David Kareçinskini üstələyərək finala adlamışdır. Həlledici qarşılaşmada rusiyalı rəqibi Adam Kurakla gərgin keçən qarşılaşma güləşçimiz üçün uğurlu alınmamış və H.Əliyev gümüş medalla kifayətlənib.

Çempionatın sonuncu günündə 71, 75, 80 və 85 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

AzərTAc

Qalereya




Teqlər:  





Xəbər lenti