Şumaxerdən təzə xəbər- səsə reaksiya verir
“Deyə bilmirəm mən buna nə qədər şadam. Mən Mixael üçün hər gün dua edirdim və dualarım eşidildi. İndi mən Qrenobldan yeni şad xəbərlər gözləyirəm” deyə Şumaxerin dostu və “Ferrari” üzrə keçmiş həmkarı Felipe Massa bildirir.
“Əvvəlcə Mixael məsələn onu çimdiklədikdə ancaq ağrıya reaksiya verirdi. Lakin bu huşunu itirən bədəndə də ola bilər. Axrıncı dəfə mən onun yanına gedəndə vəziyyətin yaxşıya döğru dəyişdiyini gördüm. Gördüm ki, onun ailə üzvləri də artıq sakitləşiblər. Bunlar hamısı gözəldir. Amma onun tam sağalma yolu uzun və keşməkeşli olacaq” deyə keşmiş idmançı Jan Alezi bildirib.
Teqlər: