“Yandex”in ilk robot-kuryeri Cənubi Koreyada

 “Yandex”in ilk robot-kuryeri Cənubi Koreyada
  18 Yanvar 2022    Oxunub:581
Rusiyanın “Yandex” şirkəti bu il Seulda kuryer robotlarla çatdırılma həyata keçirməyi planlaşdırır. Bununla bağlı Cənubi Koreya şirkəti ilə artıq müvafiq saziş də imzalanıb.
AzVision.az xəbər verir ki, bu barədə internet holdinqin mətbuat xidməti məlumat yayıb.

Rusiyada sürücüsüz taksilər fəaliyyətə başlayır - VİDEO
"Yandex"in pilotsuz texnologiyalar üzrə rəhbəri Dmitri Polişçuk qeyd edib ki, onlar "KT Corporation" ilə Şərqi Asiyanın məşhur paytaxtında avtonom robotların işinin təşkili ilə bağlı razılığa gəliblər. Cənubi Koreya isə çatdırılma xidmətinə olan tələbata görə dünyada ilk yerlərədən birini tutur.

-"KT" ilə əməkdaşlıq bizə robotlarla çatdırılma xidmətimizin coğrafiyasını genişləndirməyə və onu yeni regionda işə salmağa imkan verəcək, - Polişçuk deyib.

"KT"-nin süni intellekt biznesinin inkişafı və rəqəmsal transformasiya üzrə vitse-prezidenti Song Jae-ho isə bildirib ki, bu saziş tərəflərə Koreyada avtonom qaydada çatdırılma xidmətini birgə inkişaf etdirməyə imkan verəcək.

Qeyd edək ki, "KT" Corporation Cənubi Koreyanın ən böyük telekommunikasiya operatorlarından biridir. O, yerli sakinləri mobil və stasionar telefon, genişzolaqlı internet, peyk və digər həllər ilə təmin edir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Robot   Kuryer  







Xəbər lenti