`Angry Birds` güləşçiləri hədəfə aldı- FOTO

  05 Aprel 2014    Oxunub : 346
`Angry Birds` güləşçiləri hədəfə aldı- FOTO
Xalların verilmədiyini düşünən məşqçilər "qəzəbli quşu" güləş döşəyinə tərəf atırlar.
Finlandiyada keçirilən Avropa Güləş Çempionatında məşqçilər etirazlarını bildirmək üçün etiraz süngəri yerinə "Angry Birds" (Qəzəbli Quş) oyuncağı atıb.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, xalların verilmədiyini düşünən məşqçilər "qəzəbli quşu" güləş döşəyinə tərəf atırlar.

Güləşi izləyənləri güldürən bu yeniliyin başqa ölkələrdəki müsabiqələrdə da tətbiq olunacağı gözlənilir.

Xatırladaq ki, ötən il Finlandiyanı ziyarət edən baş nazir Rəcəb Tayyib Ərdoğan Helsinkidəki "Rovio Entertainment" oyun şirkətini ziyarət edib səlahiyyətlilərindən məlumat alıb. Baş nazir əylənərək öyrənmə modeli çərçivəsində "Angry Birds"ün türk təhsil sistemində istifadə edilə biləcəyini ifadə etmişdi.

Qeyd edək ki, bir müddət öncə "Angry Birds" oyunu haqqında Kanadanın Vankuver şəhərindəki "Sony" studiyalarında animasiya filminin çəkiləcəyi açıqlanıb.

Teqlər: