Mədəniyyət Nazirliyində olacaq yeniliklər açıqlandı

   Mədəniyyət Nazirliyində olacaq yeniliklər açıqlandı
  14 Yanvar 2022    Oxunub:335
"Bu gündən etibarən Mədəniyyət Nazirliyi olaraq layihəyönümlü mərhələyə keçib edirik. Bunun məqsədi ilk növbədə idarəçiliyin təkminləşdirilməsi və gücləndirilməsidir. İstəyirik ki, nazirliyin strategiyası və baxışının həyata keçirilməsində effektiv bir alət kimi inkişaf etdirək".
AzVision.az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Mədəniyyət Nazirliyi daxilində layihələrin idarə edilməsi mövzusunda keçirilən təqdimatı zamanı deyib. O bildirib ki, Mədəniyyət Nazirliyinin strategiyası Azərbaycan cəmiyyətində dəyər carçısı olmaqdır:

"İstəyirik ki, nazirlik və nazirliyin tabeliyindəki qurumlar Azərbaycanın tarixindən, ədəbi və bədii irsindən gələn dəyərləri yaşadaraq gələcək nəsillərə ötürsün. Bununla da azərbaycançılığın davamlılığını təmin etsin.
Məhz bu ümumi islahat çərçivəsində elan etdiyimiz yanaşmalardan ən vacibi layihə yanaşması idi. Həmin elanın bu gün həyata keçirilməsinin şahidiyik. Bununla bağlı bütün sənədlər hazırlanıb".

Nazir müavini bildirib ki, mədəniyyət tarixində ilk dəfə belə bir yanaşmanın tətbiqinə başlanılıb. "Artıq bütün fəaliyyətimizi layihə idarəçiliyi vasitəsi ilə həyata keçirəcəyik. Bunun üstünlüyü odur ki, layihə artıq təsbit olunmuş elmi yanaşmadır. Bütün dünyada qarşıda qoyulan məqsədlərə çatmaq üçün ən çox istifadə olunan metedologiyadır. Hər bir layihənin konkret məqsədləri var və məhdud resrurslarla həyata keçirilir.

Bu yanaşma eyni zaman nazirlik çərçivəsində koordinasiyanı gücləndirir. Yəni şöbələrin birbirilə əlaqələrini, məlumat paylaşımını gücləndirir. Digər tərəfdən kadr potensialının gücləndirilməsi üçün vacib mərhələdir. Əməkdaşlar artıq layihə alətləri ilə işləyirlər və layihə meneceri kimi təkiminləşirlər. Bu da təbii ki strategiyamızın əsas məqsədlərindən olan insan kapitalı baxımından vacib addımdır".

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Mədəniyyət  







Xəbər lenti