“Yataq diplomatiyası”: ABŞ senatorunun erməni sevgisinin səbəbi aydın oldu

      “Yataq diplomatiyası”:    ABŞ senatorunun erməni sevgisinin səbəbi aydın oldu
  14 Yanvar 2022    Oxunub:5391
Uzun illərdir ki, ABŞ-ın Nyu-Cersi ştatından olan senator Robert Menendes hər yolla Türkiyəyə və türklərə zərər vermək üçün dəridən-qabıqdan çıxır. Demokratlar partiyasını təmsil edən bu "siyasətçi" 2006-cı ildən Senatın üzvüdür və 2013-2015-ci illərdə Senatın Beynəlxalq Əlaqələr (!) komitəsinin sədri vəzifəsini icra edib.
Amma onun ABŞ-ın qanunverici oqanındakı əsas fəaliyyəti öz dövlətinin maraqları ilə yox, 1995-ci ildən üzvü olduğu "Erməni işlərinə dair" etnik lobbi qrupu ilə bağlıdır. Bu həmin qrupdur ki, Azərbaycana ABŞ istehsalı helikopterlərinin satışının və Metyu Brayzanın respublikamızda səfir təyin olunmasının qarşısını kəsə bilmişdi.

Robert Menendesin "ən uğurlu" antitürk layihəsi 2019-cu ilin son günlərində onun təşəbbüsü ilə Konqresə təklif olunaraq qəbul edilən qondarma “erməni soyqırımı”nın tanınması barədə absurd qanun oldu. Bu sənəd Türkiyə-ABŞ münasibətlərində ciddi əngələ və qıcıqlandırıcı faktora çevrildi.

Çoxlarına maraqlı gələ bilər ki, valideynləri 1953-cü ildə Kubadan mühacirət etmiş Menendesin türklərə olan nifrəti hardan qaynaqlanır və erməni diasporuna, onun saxta ideallarına sədaqəti nə ilə bağlıdır?

Məsələnin çözümü olduğca sadədir. Erməni lobbisi Menendesi "yataq diplomatiyası" ilə ələ keçirib. Onun erməni qızları ilə əxlaqsız münasibətlərinə dözməyən həyat yoldaşı Ceyn 2005-ci ildə iki uşağını da götürərək, Roberti tərk edib. 2020-ci ilin oktyabrında isə pandemiya məhdudiyyətlərindən "yararlanan" şorgöz senator paparazzilərdən uzaqda - Beysayd şəhərinin "Holy Martyrs" erməni kilsəsində Nadin Arslanyan adlı erməni qadınla nigaha girib.


Nadin Arslanyan ABŞ mətbuatında "iş qadını" kimi qələmə verilsə də, məlumdur ki, əslində "Hackensack Meridian" Uşaq Məsləhət Komitəsində işləyir və senatorla... 8 ildir birlikdədir. Yəni senator Robert Menendes ən azı 8 ildir ki, erməni lobbisinin “harassment” və ya seks-kompromat qarmağındadır...

Hans Kloss
AzVision.az

Müəllifin əvvəlki yazıları:
Paşinyan nə istəyirdi, nə alındı – Şərh və təfərrüatlar
İblis xisləti: Ermənilərin minaladığı Laçın qəbiristanlığı – FOTOLAR
Yersiz erməni sevinci, yaxud “Buran”haqqında acı reallıq – FOTOLAR
Qaragöl və ətrafı Ordumuzun nəzarətində – FOTOLAR
“Qisas” və “Mübariz” postlarının arasındakı erməni mövqeyi – FOTOLAR
Qüdsdəki erməni kilsəsində qalmaqal


Teqlər: Menendes   Senator  





Xəbər lenti