Paşinyan nə istəyirdi, nə alındı – Şərh və təfərrüatlar

// Vorçapetin reallıq hissini itirməsi baha başa gəldi

   Paşinyan nə istəyirdi, nə alındı –    Şərh və təfərrüatlar
  13 Yanvar 2022    Oxunub:5025
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sədrini əvəz edən Paşinyana Qazaxıstana "sülhməramlı qüvvələrin” göndəriləcəyini elan etmək tapşırılanda o, reallıq hissini itirdi. “Unitazdaşıyanlar ölkəsi”nin vorçapeti düşündü ki, KTMT-ni harasa göndərmək səlahiyyəti varsa, bəlkə elə Azərbaycanın da üstünə göndərsin?!
Lakin keçmiş siyasi opponentlərinin analoji cəhdlərini xatırladan rüsvayçı təşəbbüs nəinki uğursuzluğa düçar oldu, həm də onun populyarlıq reytinqini bir az da aşağı saldı. İndi Ermənistan ictimaiyyəti təkcə 100 nəfər “sülhməramlının” Qazaxıstan ərazisindəki missiyada iştirakından yox, həm də azərbaycanlı hərbçinin qətlinə verilən sərt reaksiyadan şikayətlənir.

Azərbaycanın Silahlı Qüvvələri mümkün xarici reaksiyaya baxmadan ən düzgün və operativ qərar verərək, sərhəddəki vəziyyətə kimin nəzarət etdiyini bir daha göstərdi. Ordumuzun sərt cavabı düşməni bir neçə saat ərzində ruhdan salaraq, cəzasına çatdırdı. Uğursuz revanşa cəhd edərək, Yuxarı Şorca kəndi istiqamətində yeni mövqelərə çıxmağa çalışan, dominant əraziləri tutaraq, Şərqi Göyçə silsiləsində Azərbaycan ordusunun sərhəd dayaqlarını mühasirəyə almaq istəyən düşmən bölmələri darmadağın edildi. Bu bizə həmin istiqamətdə mövqe üstünlüyümüzü möhkəmləndirməyə və Azərbaycanın Kəlbəcər rayonunun Zəylik və Yellicə kəndlərinin təhlükəsizliyini təmin etməyə əlavə imkan yaratdı.


Ermənistanın uğursuz Müdafiə Nazirliyinin yanvarın 11-də axşam saatlarında dərc olunmuş rəsmi hesabatına görə, Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirlərinin qurbanları sıravi Artur A. Mxitaryan (2002-ci il təvəllüdlü) və kiçik serjant Rudik R.Qaribyan (2002-ci il təvəllüdlü) olublar. Sonradan sosial şəbəkələrin erməni seqmentində müqavilə əsasında xidmət edən üçüncü əsgər Vahan Babayan haqqında məlumatlar peyda oldu. Ümumiləşdirilmiş məlumatlara görə, Ermənistan hərbi-siyasi rəhbərliyinin düşünülməmiş təxribatının qurbanları 3 məhv edilmiş və 6 yaralı zinvor olub.

Bütün giriş yollarının bağlandığı iki dağıdılmış məntəqəni bir neçə saat ərzində tərk etməyə çalışan daha 8 düşmən əsgəri mühasirəyə alınıb və güclü dağ küləyi ilə müşayiət olunan -15 dərəcə temperaturda donaraq, xəsarətlər alıblar. Qısamüddətli xüsusi cəza əməliyyat zamanı Ermənistan Silahlı Qüvvələrinin nəqliyyat vasitələri məhv edilib, silah və sursatları qənimət götürülüb.

Ermənistan hərbçilərinin bu il yanvarın 11-də Qərbi Azərbaycanın Basarkeçər mahalının Yuxarı Şorca kəndi istiqamətində törətdiyi sərhəd təxribatının iki əsas məqsədi var idi: KTMT-ni "xarici təcavüz" haqqında protokola uyğun reaksiya verməyə təhrik etmək və Azərbaycan Silahlı Qüvvələrinin ordumuzun 2020-ci il 14-16 noyabr tarixlərində ildırım sürətli yerdəyişməsi zamanı çıxdığı Şərqi Göyçə silsiləsindəki sərhəd zastavalarından geri itələmək (Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Silahlı Qüvvələri məhz bu qansız əməliyyat sayəsində qar yağana qədər yuxarıdakı silsilələr boyu strateji yüksəkliklərdəki sərhəd xətlərinə çıxmağa və Ermənistanla sərhəddəki strateji yüksəkliklərdə möhkəmlənməyə nail olub).

Amma Paşinyana bu iki niyyətdən ancaq bir şey qaldı: vacib dərs! Onu da əgər başa düşdüsə...

Hans Kloss
Nadir Quliyev

AzVision.az



Teqlər: Ermənistan   Təxribat  





Xəbər lenti