"Aqrar Universitetdə tələbələrə 250 manat əlavə təqaüd verilir" - Rektor

  "Aqrar Universitetdə tələbələrə 250 manat əlavə təqaüd verilir" -    Rektor
  13 Yanvar 2022    Oxunub:541
Azərbaycan Dövlət Aqrar Universitetinə yüksək balla daxil olan tələbələrə dövlət təqaüdündən əlavə həvəsləndirici təqaüdlər verilir.
AzVision.az xəbər verir ki bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib.

O bildirib ki, ilbəil bu təqaüdlər daha da artırılır:

"Universitetə marağın artırılması məqsədilə bir çox tədbirlər görülür. Xüsusilə də tələbələr üçün bir çox təşəbbüslər həyata keçirilir. Universitetə 500 baldan çox bal toplayaraq daxil olan tələbələrə bu il 250 manat təqaüd verilir. 400 baldan yuxarı bal toplayaraq qəbul olunanlara isə əlavə 150 manat verilir.

Bu proses o müddətdə qədər davam edəcək ki, həmin tələbələr əlaçı olsunlar. Xüsusilə qeyd edirəm ki, bu təqaüd dövlətin verdiyi təqaüd dən ayrıdır. Heç bir tələbənin təqaüdü də gecikmir".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti