“Oskar” da 4 ildən sonra bir ilk

  “Oskar” da 4 ildən sonra bir ilk
  12 Yanvar 2022    Oxunub:1746
Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2018-ci ildən bəri ilk dəfə olaraq aparıcının iştirakı ilə keçiriləcək. Bu barədə “Variety” jurnalı tədbiri yayımlayacaq ABC telekanalının əyləncə şöbəsinin rəhbəri Kreyq Erviçə istinadən xəbər verib.
AzVision.az “Life” saytına istinadla xəbər verir ki, Erviç aparıcının adını açıqlamayıb. Ancaq zarafatla qeyd edib ki, mərasimi onun özü də keçirə bilər. ABC sözçüsü qısa zamanda daha ətraflı məlumat verəcəyini vəd edib.

94-cü “Oskar” mükafatlandırma mərasimi martın 27-də ənənəvi olaraq Los-Ancelesdəki “Dolby Teatrı”nda keçiriləcək. Namizədlərin adları fevralın 8-də açıqlanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə “Oskar”ın aparıcısı komediya ustası, aktyor və ssenarist Cimmi Kimmel olub.

AzVision.az


Teqlər:





Xəbər lenti