"SpaceX" yadplanetlilərlə bağlı məlumatları gizlədir?- VİDEO

   "SpaceX" yadplanetlilərlə bağlı məlumatları gizlədir?-   VİDEO
  11 Yanvar 2022    Oxunub:1755
Amerikalı ufoloqlar "SpaceX" şirkətini UFO(Naməlum uçan obyektlər-red) məlumatlarını gizlətməkdə ittiham ediblər.

AzVision.az xəbər verir ki, buna səbəb şirkətin raket buraxılışlarından birinin yayımlanması olub.
Sürətli raketlər, Aya uçuşlar və Marsa missiyalar: 2022-ci ildə astronavtikanı nə gözləyir?
- Raket buraxılışı zamanı kadra yad obyekt daxil olandan sonra gözlənilmədən görüntülər kəsilib. İddialara görə, kameralar hansısa naməlum uçan obyekti qeydə alıb. Ufoloqlar, yadplanetlilərin varlığı nəzəriyyəsini irəi sürənlər isə dərhal belə bir fərziyə irəli sürüblər ki, "SpaceX" şirkətinin rəhbəri İlon Mask yadplanetlilərin varlığı haqqında nələrisə bilir.

Məlum görüntülərlə bağlı mübahisəli müzakirələr davam etdirilir və əksər mütəxəssislər kadra düşən halqavari obyektin sadəcə uçuş prosesinə aid hansısa cihaz olduğunu iddia edirlər. Sadəcə sual yaradan məqam budur ki, uçuş prosesində raketdə olmayan belə bir nəhəng cihaz kosmik maşın yerdən ayrılandan sonra hardan peyda olub.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Yadplanetli   SpaceX   İlon-Mask  





Xəbər lenti