Kinotənqidçilər 2021-ci ilin ən yaxşı filmini seçdilər

   Kinotənqidçilər 2021-ci ilin ən yaxşı filmini seçdilər
  07 Yanvar 2022    Oxunub:1622
Kinotənqidçilərin resenziyalarını yayımlayan “Metacritic” saytı seyrçilər tərəfindən filmlərə verilən rəylərə əsasən 2021-ci ilin ən yaxşı 50 filmini açıqlayıb.
AzVision.az xəbər verir ki, birinci yeri 97 xalla “Where are you going, Aida?” filmi tutub. Ailəsini Srebrenitsa qətliamının qızğın yerindən çıxarmağa çalışan və sülhməramlıların köməyinə ümid bəsləyən BMT-nin tərcüməçisindən bəhs edən müharibə dramı “azad dünya” nümayəndələrinin köməyinin necə nəticələndiyindən bəhs edir.

İlk 10-luğa həmçinin “Summer of Soul”, “Rocks”, “Petite maman”, “Memoria”, “This Is Not a Burial, It's a Resurrection”, “Flee”, “Drive My Car”, və “Procession” filmləri daxildir.

50 ekran işindən ibarət reytinq cədvəlinin sonuncusu Kristofer Yoqinin“I Was a Simple Man” olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: kino  





Xəbər lenti