Azərbaycanlı fotoqraf 95 yaşında vəfat edib
Kamal Babayevin uzun sürən xəstəlikdən sonra 95 yaşında dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, mərhum 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Elə həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və bu günə kimi muzeyin fotoqrafı kimi işləyib.
1990-cı illərdə Moskvada çıxan "Panorama Azərbaycana" qəzeti ilə əməkdaşlıq edib, fotoşəkil və məqalələri dərc olunub. Həmən illərdə Rusiyanın Kamişin şəhərində keçirilmiş "Master i Marqarita" müsabiqəsinin və "Serdse" müsabiqəsinin diplomlarını alıb. 1995-ci ildə Fransanın Nant şəhərində açılmış "Azərbaycan fotoqraflarının əsərləri" sərgisində bir neçə əsəri ilə çıxış edib. "Azərbaycan Elmlər Akademiyası" fotoalbomunun müəllifidir.
AzVision.az
Teqlər: