Məşhur aktyor koronavirusa yoluxub

Məşhur aktyor koronavirusa yoluxub
  29 Dekabr 2021    Oxunub:2210
Məşhur avstraliyalı aktyor Hyu Cekman koronavirusa yoluxduğunu açıqlayıb. AzVision.az xəbər verir ki, o bu barədə özünün Tvitter səhifəsində məlumat yayıb.
-Bu səhər koronavirus testi verdim və müsbət çıxdı. Məndə soyuqdəyməyə bənzər simptomlar var. Boğaz ağrısı və yüngül burun axması,- aktyor sosial şəbəkədə yerləşdirdiyi videomüraciətində deyib.

Ağır xəstəliyə baxmayaraq hələlik səhhətində hər şeyin qaydasında olduğunu deyən aktyor tezliklə sağalıb işə qayıtmaq üçün əlindən gələni edəcəyinə söz verib.

Qeyd edək ki, Cekman bir sıra məşhur filmlərdə rol alıb və o 6 dəfə xərçəngdən müalicə olunub.

Xatırladaq ki, aktyor ilk dəfə dəri xərçəngi xəstəliyindən 2013-cü ilin noyabr ayında müalicə alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti