Əməkdar artist vəfat edib

Əməkdar artist vəfat edib
  27 Dekabr 2021    Oxunub:1123
Əməkdar artist Zilli Namazov uzun sürən xəstəlikdən sonra vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə aktyor, Xalq artisti Kazım Abdullayev sosial şəbəkədəki hesabında məlumat paylaşıb. O bildirib ki, Əməkdar artist axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976-cı ildən "Azərbaycanfilm"də aktyor-rejissor kimi çalışıb.

AzVision.az



Teqlər: Əməkdar-artist  





Xəbər lenti