“Qarabağda mobil internet şəbəkəsi 52% bərpa olunub”

   “Qarabağda mobil internet şəbəkəsi 52% bərpa olunub”
  24 Dekabr 2021    Oxunub:1200
"44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra ölkə rəhbərliyi qarşımıza yeni gündəm, yeni hədəflər qoyub. Həmin hədəflərdən biri rəqəmsal transformasiyaya nail olmaqdır".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bu günə qədər mobil internet şəbəkəsinin 52% bərpasına nail olunub:

"Bu çox böyük göstəricidir. Qısa müddətdə 52%-lik nəticə əldə etdik. Bu, böyük uğurdur və biz həm sabit həm də mobil şəbəkə ilə bağlı işləri davam etdirəcəyik”.

Nazir əlavə edib ki, bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 441,7 km uzunluğunda yollar salınacaq.

“Bu yollar qarşıdakı 20 ildə istifadəyə veriləcək. Bu, bir daha dövlətimizin işğaldan azad edilmiş ərazilərə olan diqqət və qayğısını göstərir. Hazırda sözügedən istiqamətdə xüsusi konsepsiya hazırlanır. 101 km uzunluqda Zəfər Yolu artıq istifadəyə verilib və ümumi uzunluğu 1 441,7 kilometr təşkil edən digər 15 yol layihəsi də ardıcıl olaraq tamamlanacaq".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti