Əsrin yeganə qalib lideri

// Onun "İrəli!" əmri xalqın 30 illik yarasına məlhəm oldu

      Əsrin yeganə qalib lideri
  23 Dekabr 2021    Oxunub:3985
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günə qədər Azərbaycan hərtərəfli və sürətli inkişaf dövrü keçməklə bərabər, Silahlı Qüvvələrin yenilənməsi, yerli müdafiə sənayesinin yaranması, sosial-siyasi sabitliyin qorunması istiqamətlərində ciddi nailiyyətlər əldə edib.
Ardıcıl və məqsədyönlü siyasət nəticəsində Prezident İlham Əliyev Ermənistanın əsl işğalçı simasını dünya ictimaiyyətinə nümayiş etdirməyə və bir çox beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, NATO, Avropa İttifaqı, Avropa Şurası, Türk Dövlətlər Təşkilatı, İslam Əməkdaşlaq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. tərəfindən Ermənistanın işğalçı, Azərbaycanın isə işğala məruz qalan tərəf kimi qəbul edilməsinə dair ədalətli qərarlarlara nail oldu.

Prezident İlham Əliyevin üstün liderlik keyfiyyətləri, dərin zəkası, möhkəm siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan xalqı 30 il ürəyində gəzdirdiyi Qarabağ yarasına məlhəm tapdı. Ermənistanın təxribatlarına cavab olaraq Silahlı Qüvvələrimizə verdiyi “İrəli” əmri ilə arzularımızı gerçəyə çevirdi. Ali Baş Komandan əks-hücum əməliyyatını Vətən Müharibəsinə çevirdi və haqq etdiyimiz Qələbəni xalqımıza bəxş etdi.


6 il ərzində Ermənistan tərəfindən işğal olunan əraziləri Azərbaycanda yaşayan bütün xalqların və etnik azlıqların nümayəndələri, o cümlədən Birinci Qarabağ müharibəsinin iştirakçıları, onların oğulları, bəzilərinin isə nəvələri işğaldan azad etdilər. Bütün bu fəaliyyətə rəhbərlik edən Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan tutulunu Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev Vətən Müharibəsində Silahlı Qüvvələrin fəaliyyətinə birbaşa rəhbərliyi və əldə etdiyimiz möhtəşəm Qələbə sayəsində xalqımızın adını azsaylı qalib xalqlar sırasına yazdıra bildi. Hazırda biz Ali Baş Komandanımız və Silahlı Qüvvələrimiz sayəsində 21-ci əsrin yeganə qalib ölkəsiyik. BMT qətnamələrinin işğala məruz qalan ölkə tərəfindən yerinə yetirilməsinə dair yeganə təcrübə də doğma Azərbaycanımıza aiddir.

Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin silahlanmasında müasir sistemlərə üstünlük verməsi düşmən üzərində minimal itkilərlə maksimum nəticə əldə etməklə dünyanın hərbi araşdırma mərkəzlərinin diqqətini Azərbaycana yönəldə bildi. İndi bütün dünya orduları Azərbaycan Əsgərinin döyüş imkanlarından, onun çətin iqlim və ərazi şərtlərində uğurla həyata keçirdiyi döyüş əməliyyatlarından bəhs edir. Hazırda qalib Azəbaycanın Silahlı Qüvvələri “PUA-ların kütləvi tətbiqi ilə təmassız müharibə konsepsiyası”nın müəllifi kimi tanınır.

Ali Baş Komandan İlham Əliyev şəxsi nümunəsi ilə xalqımızın Qarabağ ərtafında mənəvi birliyini təmin etdi, milli dəyərlər kompleksini yaratdı və cəmiyyətimizi qaçılmaz olan müharibəyə səfərbər etdi. Onun sayəsində keçən ilin sonunda düşmən üzərində möhtəşəm Qələbəmiz təmin edildi, Qarabağ və Şərqi Zəngəzurda erməni ordusu darmadağın edildi, seperatçı terror şəbəkəsi isə zərərsizləşdirdi.


Ali Baş Komandan İlham Əliyev xalqımızı ümumi ideya, prinsip və məqsəd ətrafında birləşdirməklə tarixi Qələbəmizi təmin etdi. İctimai-siyasi sabitlik, milli inkişaf, müasir ordu quruculuğu və Ermənistan üzərində qazandığımız Qələbəyə görə cənab Əliyev Azərbaycan xalqının qəlbində Müzəffər Ali Baş Komandan kimi özünə əbədi bir abidə qurdu.

Məhz Ali Baş Komandanın sayəsində xalqımız çox çətin tarixi sınaqdan şərəflə çıxaraq, şanlı Zəfərə imza atdı. Böyük Qayıdışımızın təmin edilməsi, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək, Zəngəzur dəhlizinin açılması və Xankəndidə Bayrağımızın dalğalanması üçün qətiyyətlə mübarizə aparan Prezidentimizin gərgin fəaliyyəti xalqımız tərəfindən tam dəstəklənir və yüksək qiymətləndirilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev doğum günü ərəfəsində belə nə Silahlı Qüvvələrimizi, nə də vətəndaşlarımızı yaddan çıxardı. Ardıcıl imzalanan çox sayda fərmanlar güc strukturlarında xidmət edən şəxslərin və ailələrinin sosial şəratinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Mən də doğum günü münasibətilə cənab Prezidentimizə uzun ömür, möhkəm can sağlığı diləyir, ən səmimi təbriklərimi və arzularımı çatdırıram.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti