Astronavtlar açıq kosmosda riskli əməliyyat reallaşdırdı

 Astronavtlar açıq kosmosda riskli əməliyyat reallaşdırdı
  02 Dekabr 2021    Oxunub:2757
NASA astronavtları Beynəlxalq Kosmik Stansiyanın antenasını dəyişmək üçün açıq kosmosa çıxıblar. AzVision.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Bildirilir ki, riskli fəaliyyətlərdən sayılan açıq kosmosa çıxış 14:15-də baş tutub. Bundan əvvəl agentlik çərşənbə axşamı iki astronavtın stansiyadan kosmosa çıxması ilə bağlı planlaşdırılan işləri ləğv etmişdi. Buna səbəb kosmik zibil yığınları olub.

İlin ən parlaq kometası dekabrın 12-də Yerə yaxınlaşacaq
Əməliyyatı veteran astronavt Tom Marşburn və Kayla Berron tərəfindən yerinə yetirilib. Onların əsas vəzifəsi bu yaxınlarda sıradan çıxan BKS-ə məxsus antenanı əvəz etmək olub. NASA vurğulayır ki, yaranmış problem Yerlə rabitəyə ciddi təsir göstərməsə də, əlavə antenanın quraşdırılması ehtiyat rabitə kanalı kimi faydalı olacaq.



Riskli əməliyyatın təxminən 6,5 saat davam etməsi planlaşdırılır. Marşburn üçün bu, karyerasında beşinci, kosmosa ilk uçuşunu edən Berron üçün isə ilk əməliyyatıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Astronavt   NASA  





Xəbər lenti