“Hökumət buludu”nun yaradılması üçün sənədlər hazırlanır

   “Hökumət buludu”nun yaradılması üçün sənədlər hazırlanır
  02 Dekabr 2021    Oxunub:1168
Hal-hazırda “Hökumət buludu”nun yaradılması üçün layihə-smeta sənədlərinin hazırlanması işi yerinə yetirilir.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Hökumət buludu” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bulud operatorunun (AzInTelecom) hazırkı bulud infrastruktrunun (AZCLOUD) əsasında qurulacağı və “Hökumət buludu”na aid nəzərdə tutulmuş tariflərlə eyni olduğu üçün dövlət qurumunun bulud infrastrukturuna ehtiyacları indi də qarşılana bilər:

"Həmçinin, “Hökumət buludu” layihəsi üzrə miqrasiya məsələləri ilə bağlı dövlət qurumlarının daha geniş şəkildə məlumatlandırılması yönündə dəyirmi masa görüşləri və onlayn təlimlər keçirilir. Bugünədək 58 dövlət qurumunun İT şöbəsinin nümayəndələri ilə 20 dəyirmi masa görüşü və həmin qurumların qeyri-texniki şöbələrindən olan nümayəndələr üçün 4 onlayn təlim keçirilib. Sözügedən layihə çərçivəsində “Hökumət buluduna” keçidi nəzərdə tutulmuş digər dövlət qurumları ilə dəyirmi masa görüşlərinin cari ilin sonunadək keçirilməsi planlaşdırılır".

Aytən Zəhra
AzVision.az




Teqlər: Hökumət-buludu  





Xəbər lenti